CNN-in bir neçə ABŞ rəsmisinə və hərbi planlaşdırma ilə tanış mənbələrə istinadən verdiyi xəbərdə bildirilir ki, planlar arasında "GBU-43/B Massive Ordnance Air Blast" (MOAB) bombasının tətbiqi də nəzərdən keçirilir. Bu bomba “bombaların anası” adı ilə tanınır.
Mənbələrdən biri CNN-ə bildirib ki, Tramp “enerji infrastrukturunun böyük hissəsini” əhatə edən əlavə zərbə planlarının hazırlanmasını tapşırıb və həmin planlarda MOAB bombasından istifadə ehtimalı da nəzərdə tutulub. Digər mənbənin sözlərinə görə, İranın nüvə obyektlərinə, o cümlədən “Külüng Dağı” kimi tanınan əraziyə mümkün hücum planlarında bu silahın tətbiqi açıq şəkildə qeyd edilib.
Çəkisi 21 600 funt, yəni təxminən 9,8 metrik ton olan MOAB bombası dərinlikdə yerləşən hədəfləri dağıtmaqdan daha çox, geniş ərazidə güclü partlayış yaratmaq üçün nəzərdə tutulub.
CNN-in danışdığı mənbələr bu bombanın dərin yeraltı qaya qatları ilə qorunan İran nüvə obyektlərini məhv edə biləcəyinə şübhə ilə yanaşıblar. Hərbi planlaşdırma ilə tanış olan şəxslərdən biri bombanın geniş ərazini təmizləmək üçün effektiv olduğunu, lakin “dərinliyə nüfuz edən döyüş başlığı kimi nəzərdə tutulmadığını” bildirib.
ABŞ MOAB bombasından ilk dəfə 2017-ci ildə, Trampın ilk prezidentlik dövründə Əfqanıstanda döyüş şəraitində istifadə edib. Həmin vaxt bomba İŞİD-ə məxsus tunel kompleksinə endirilən zərbə zamanı tətbiq olunub.
C