SON XƏBƏRLƏR

İranda daha bir molla öldürüldü

2026.10.16, 14:49
İranda daha bir molla öldürüldü

İranın Sari şəhərində Mazandaran Ruhanilər İcmasının üzvü və Həsən Əskəri məscidinin imamı Yasir Tahiri öldürülüb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Onun şəxsi mənzilində soyuq silahla qətlə yetirildiyi bildirilib.

Müstəntiqlərin qətl hadisəsini araşdırdığı və əlavə məlumatların cəsəd məhkəmə-tibbi ekspertiza şöbəsinə yoxlanıldıqdan sonra açıqlanacağı qeyd olunub.

Yerli mənbələrin paylaşdıqları məlumatlara görə, Yasir Tahiri Mazandaran əyalətində məcburi hicab qaydalarının tətbiqi ilə bağlı sərt cəza tədbirlərinin tərəfdarı kimi ad çıxarmışdı.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar