SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir

2026.10.16, 16:32
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir

Şərqi Azərbaycan əhalisinin 63 faizi xarici sosial şəbəkələrin filtrlənməsinin əleyhinədir.

Gunaz.tv

İran prezidentinin icra işləri üzrə müavini Məhəmməd Cəfər Qaimpənah Şərqi Azərbaycanda keçirilən sorğuların nəticələrini açıqlayıb.

Onun sözlərinə görə, əyalət əhalisinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir və bu məsələyə diqqət yetirilməsini istəyir.

Sorğunun nəticələrinə əsasən, əhalinin 52 faizi iqtisadi problemləri əsas prioritetlərindən biri hesab edir, 44 faizi isə məşğulluğun artırılmasına və istehsalın inkişafına diqqət yetirilməsini vacib sayır.

Respondentlərin 60 faizi sənaye şəhərciklərinin potensialına, eləcə də turizmin və əl işləri sahəsinin inkişafına daha çox diqqət ayrılmasını istəyir.

Qaimpənah həmçinin bildirib ki, Şərqi Azərbaycan əhalisinin 63 faizi Telegram və Instagram kimi xarici sosial şəbəkələrin filtrlənməsinin əleyhinədir. Sorğuda iştirak edənlərin 20 faizindən azı sosial şəbəkələrin filtrlənməsini dəstəkləyir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar