SON XƏBƏRLƏR

Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür

2026.10.17, 14:00
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür

ABŞ-ın vitse-prezidenti Cey Di Vens cümə günü bildirib ki, İranla bağlı mümkün hərbi əməliyyatlara yanaşma məsələsində prezident Donald Trampla mövqeləri “tamamilə üst-üstə düşür”.

Gunaz.tv

Vens Ağ Evdə Şon Spayserə müsahibəsində deyib: “ABŞ prezidenti ilə hərbi əməliyyatlara necə yanaşdığımız məsələsində mövqelərimiz tamamilə üst-üstə düşür. Bizim fikrimizcə, hərbi əməliyyat konkret məqsədə nail olmalıdır”.

“Sadəcə, bu, xoşumuza gəldiyi üçün müharibəyə başlamaq olmaz. Qəzəbləndiyimizə və ya məyus olduğumuza görə də müharibəyə başlamaq olmaz”, — deyə o bildirib. Vens əlavə edib ki, istənilən hərbi məqsəd “Amerika Birləşmiş Ştatları üçün müəyyən etdiyimiz strateji hədəflə” əlaqəli olmalıdır.

Vensin sözlərinə görə, Tramp “sonsuzadək uzanan münaqişələrdə iştirak etmək istəmədiyimizi çox yaxşı anlayır”.

“Əgər hər hansı addım atacağıqsa, missiyanı yerinə yetirəcəyik və evə qayıdacağıq”, — deyə vitse-prezident əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar