SON XƏBƏRLƏR

Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib

2026.10.17, 16:38
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib

Ərəb Liqası husilərin Yəmən hökumətinin Ədəndəki qərargahına və mülki obyektlərə, o cümlədən Ədən Beynəlxalq Hava Limanına hücumlarını pisləyib. Təşkilatın bəyanatına görə, hücumlar nəticəsində mülki şəxslər həlak olub və yaralanıblar.

Gunaz.tv

Ərəb Liqası şənbə günü yaydığı bəyanatda hücumları təhlükəli gərginləşmə və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Təşkilat Yəmən hökumətinə dəstəyini ifadə edib və hücumları araşdırmaq məqsədilə komitənin yaradılmasını alqışlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar