SON XƏBƏRLƏR

Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu

2026.10.18, 20:03
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu

Gunaz.tv

Mehrdad Əxlaqi İran parlamentində keçirilən səsvermədə 237 deputatın lehinə, 15 deputatın əleyhinə səs verməsi ilə İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək üzrə 15-ci naziri təyin edilib.

Əxlaqi ötən ilin fevralın 28-də ABŞ və İsrailin hücumları zamanı 40 günlük müharibənin ilk günü öldürülən Əziz Nəsirzadəni əvəz edib.
O, bundan əvvəl İran Müdafiə Nazirliyinə bağlı Aerokosmik Sənaye Təşkilatının rəhbəri vəzifəsində çalışıb.

İran prezidenti Məsud Pezeşkian oktyabrın 5-də Əxlaqinin müdafiə naziri vəzifəsinə namizədliyini parlamentə təqdim etmişdi.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar