SON XƏBƏRLƏR

Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib

2026.10.19, 18:33
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib

Gunaz.tv

“Austrian Airlines” aviaşirkətinə məxsus, Təl-Əvivdən Vyanaya uçan sərnişin təyyarəsi bazar günü axşam bomba təhlükəsi barədə xəbərdarlıq aldıqdan sonra Bolqarıstanın paytaxtı Sofiyanın hava limanına məcburi eniş edib.

“Associated Press”in məlumatına görə, Airbus A320 tipli təyyarədə 51 sərnişin və 6 ekipaj üzvü olmaqla, ümumilikdə 57 nəfər olub. Təhlükəsizlik təhdidi barədə məlumat daxil olduqdan sonra Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı təyyarəni Sofiya hava limanına qədər müşayiət edib.

Təyyarə yerə endikdən sonra Bolqarıstan rəsmiləri xüsusi təhlükəsizlik tədbirləri görüblər. Təyyarənin yoxlanılması məqsədilə bütün sərnişinlər və ekipaj üzvləri təxliyə edilib.

Avstriyanın dövlət televiziyası ORF də “Austrian Airlines” şirkətinə istinadən məcburi eniş və sərnişinlərin təyyarədən çıxarıldığını təsdiqləyib.

Təyyarə Avstriyanın “Austrian Airlines” aviaşirkətinə məxsus olub. Hadisə ilə bağlı yoxlamaların nəticəsi və sərnişinlərin Vyanaya nə vaxt yola düşəcəyi barədə hələlik məlumat verilməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar