SON XƏBƏRLƏR

İraq da İranla sərhəddi bağladı

2026.10.21, 09:33
İraq da İranla sərhəddi bağladı

İraq hökuməti Bağdadda İran tərəfinin sentyabr ayında Səudiyyə Ərəbistanına edilən hücumlarda əli olduğuna dair sübutların ortaya çıxması səbəbindən İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrinin böyük hissəsini bağlayıb.

Gunaz.tv

Bu barədə "Shafaq News" portalı məlumat yayıb.

Nəşrin həmsöhbətinin məlumatına görə, İranla sərhəddəki məntəqələrin bağlanması barədə sərəncamı şəxsən ölkənin baş naziri Əli əz-Zeydi verib.

İraq hakimiyyəti hesab edir ki, Tehran Səudiyyənin "Şərq - Qərb" neft kəmərinə endirilən zərbədə sadəcə iştirak etməyib, həm də sonradan Səudiyyə Ərəbistanına hücumlarda istifadə olunan dronların yığılması üçün sərhədyanı ərazilərə ehtiyat hissələri idxal edib.

Xatırladaq ki, "Şərq - Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki fəaliyyəti sentyabrın 10-u səhər saatlarında baş verən bir neçə hücumdan sonra ehtiyat tədbiri olaraq dayandırılıb. Daha sonra hücumların İraq ərazisindən həyata keçirildiyi müəyyən edilib. O zaman Əz-Zeydi hücumu dərhal araşdırmaq, təşkilatçıları müəyyən etmək və əli olan hər kəsi məsuliyyətə cəlb etmək barədə göstəriş vermişdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar