SON XƏBƏRLƏR

Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib

2026.10.21, 19:34
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib

Gunaz.tv

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətinin 2025-ci ilin yanvarında başlamasından bəri ölkə hökuməti 300 mindən çox vizanı ləğv edib.

Tramp administrasiyası əvvəlki ABŞ hökumətləri ilə müqayisədə vizaları daha sürətlə ləğv edir. Qanun pozuntusu, saxtakarlıq və ya milli təhlükəsizliyə qarşı fəaliyyətlə əlaqəli hallarda viza sahiblərinə qarşı “sıfır tolerantlıq” siyasəti tətbiq olunur.

Məlumata görə, bu ilin avqustun 10-dək ləğv edilən vizaların sayı 175 mindən çox idi. Hazırda isə bu rəqəm 300 min həddini keçib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar