SON XƏBƏRLƏR

Qoşaçayda 30 şagird zəhərlənib; hadisənin səbəbi hələ məlum deyil

2026.11.04, 17:30
Qoşaçayda 30 şagird zəhərlənib; hadisənin səbəbi hələ məlum deyil

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin cənubunda yerləşən Qoşaçay (Miyandab) şəhərində 30 şagirdin zəhərlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, zəhərlənmə əlamətləri müşahidə olunan şagirdlər xəstəxanaya çatdırılaraq orada yerləşdiriliblər.

Bu barədə məlumat çərşənbə axşamı, noyabrın 3-də axşam saatlarında İranın dövlət televiziyası tərəfindən yayımlanıb və daha sonra digər media orqanları tərəfindən də işıqlandırılıb.

Məlumat yayılanadək şagirdlərin zəhərlənməsinə nəyin səbəb olduğu, onların səhhətinin hazırkı vəziyyəti, eləcə də hadisənin baş verdiyi yer və şərait barədə ətraflı məlumat açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar