SON XƏBƏRLƏR

Şüca Xəlilzadədən tarixi rekord: Traktorun Asiya turnirlərində ən çox oyun keçirən futbolçusu oldu

2026.11.04, 19:31
Şüca Xəlilzadədən tarixi rekord: Traktorun Asiya turnirlərində ən çox oyun keçirən futbolçusu oldu

Gunaz.tv

Güney Azərbaycanın Traktor klubunun kapitanı Şüca Xəlilzadə Asiya Çempionlar Liqasının Elit mərhələsinin dördüncü turunda Özbəkistanın Neftçi komandası ilə qarşılaşmada meydana çıxmaqla klubun heyətində keçirdiyi Asiya oyunlarının sayını 28-ə çatdırıb.

Bu göstərici ilə Xəlilzadə Traktor tarixində Asiya turnirlərində ən çox oyun keçirən futbolçu olub.

Təcrübəli müdafiəçi 27 oyunla əvvəlki rekordun sahibi olan Mehdi Kiyanini geridə qoyaraq klubun qitə yarışlarında ən çox meydana çıxan futbolçuları siyahısında ilk pilləyə yüksəlib.

Xəlilzadə bu rekorda Təbriz klubunda iki ayrı dövrdə çıxış etdiyi müddətdə imza atıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar