SON XƏBƏRLƏR

Güney Azərbaycanda mazut yandırılması ilə bağlı xəbərdarlıq: milyonlarla insanın sağlamlığı təhlükə altındadır

2026.11.07, 16:05
Güney Azərbaycanda mazut yandırılması ilə bağlı xəbərdarlıq: milyonlarla insanın sağlamlığı təhlükə altındadır

Gunaz.tv

Soyuq havaların başlaması və qaz istehlakının artması ilə əlaqədar Güney Azərbaycandakı elektrik stansiyalarına, o cümlədən Təbriz, Binab-Səhənd, Həris, Urmiyə, Xoy və Ərdəbil-Savalan elektrik stansiyalarına qaz verilişinin məhdudlaşdırılması ehtimalı havanın çirklənməsi ilə bağlı narahatlıqları artırıb.

Bundan başqa, Süfiyan sement zavodu da daxil olmaqla sement fabriklərinə qaz verilişinin dayandırıldığı və müəssisələrin mazutdan istifadə etməyə başladığı bildirilir.

Mazutun yandırılması təhlükəli hava çirklənməsinə səbəb ola və insanların sağlamlığını ciddi risk altına sala bilər. Xüsusilə hamilə və süd verən qadınlar, körpələr, uşaqlar və yaşlılar daha böyük təhlükə ilə üzləşirlər.

Ekoloqlar və həkimlər bu vəziyyətin mümkün fəsadları barədə xəbərdarlıq edirlər.

Azərbaycan xalqının sağlamlığı enerji idarəçiliyindəki problemlərin qurbanına çevrilməməlidir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar