SON XƏBƏRLƏR

Traktor əleyhinə qalmaqallı qərardan sonra “Malavan” üzünə gün doğmayıb

2026.11.07, 17:04
Traktor əleyhinə qalmaqallı qərardan sonra “Malavan” üzünə gün doğmayıb

Gunaz.tv

“Malavan” klubu “Traktor”la keçirilməyən oyunun nəticəsi intizam qərarı ilə öz xeyrinə qeydə alındıqdan sonra keçirdiyi üç qarşılaşmada qələbə qazana bilməyib. 

Komanda əvvəlcə “Peykan”la 1:1 hesablı heç-heçə edib, daha sonra “Çadormalu”ya 2:1, sonuncu görüşdə isə “Sepahan”a 4:0 hesabı ilə uduzub.

“Traktor”la qarşılaşma oktyabrın 18-də keçirilməyib və intizam komitəsinin qərarı ilə oyunun 3:0 hesabı “Malavan”ın xeyrinə qeydə alınıb. Beləliklə, həmin qərardan sonra komanda üç oyundur qələbə qazana bilmir və ardıcıl iki məğlubiyyət alıb.

Bu nəticələr “Malavan” və “Traktor” arasında baş verən qalmaqalların və intizam qərarının futbol azarkeşləri arasında geniş müzakirələrə səbəb olduğu bir vaxtda qeydə alınıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar