SON XƏBƏRLƏR

"Traktor" daha bir qələbə qazandı

2026.11.08, 11:38
"Traktor" daha bir qələbə qazandı

İran futbolunun Premyer Liqasının 25-cı mövsümünün on ikinci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traktor" komandası ilə Xurrəmabadın "Xeybər" komandası qarşılaşıb.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Qarşılaşma noyabrın 7-i yerli vaxtla saat 15:30-da Təbrizin Səhənd stadionunda baş tutub.

Oyun 2-0 hesabı ilə Təbriz təmsilçisinin xeyrinə başa çatıb.

Bu nəticə ilə "Traktor" xallarının sayını 23-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar