SON XƏBƏRLƏR

İranda daha bir molla öldürüldü

2026.11.08, 15:03
İranda daha bir molla öldürüldü

Gunaz.tv

Bəlucistanda SEPAH və İran hakimiyyətinə yaxın imam-cümə silahlı hücum nəticəsində öldürülüb.

Bəlucistanın Fənuc şəhərinin Möhtərəmbad bölgəsinin imam-cüməsi Şəmsülhaqq Yusif Qazi silahlı hücum nəticəsində öldürülüb.

“Halvaş” xəbər agentliyinin məlumatına görə, şənbə günü silahlı şəxslər Möhtərəmbaddan Fənuca gedən yolda onun avtomobilini atəşə tutublar. 

Güllə yaraları nəticəsində avtomobil yoldan çıxıb. Hücum edənlər daha sonra avtomobilin yaxınlığında ona başından atəş açıblar.

Məlumatına əsasən, Yusif Qazi SEPAH və İran hakimiyyətinə yaxın şəxslərdən biri olub, Xəş və Fənuc bölgələrində hökumətin siyasətinin həyata keçirilməsində iştirak edib. 

İran mediası da onun öldürüldüyünü təsdiqləyərək, bölgədə hökumətə bağlı hərbi bölmənin komandiri olduğunu bildirib.

Hələlik heç bir şəxs və ya qrup hücumun məsuliyyətini üzərinə götürməyib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar