SON XƏBƏRLƏR

İranda daha 3 etirazçı edam edilib

2026.11.08, 16:47
İranda daha 3 etirazçı edam edilib

İran məhkəməsi Kərəcdə etirazlara görə həbs edilən daha üç nəfəri edam edib.

Gunaz.tv

İran məhkəmə hakimiyyəti noyabrın 8-də, bazar günü, 1404-cü ilin Dey ayında keçirilən etirazlar zamanı Kərəcdə həbs edilmiş Həsən Deyvənd, Həmid Kazımi və Rza Zəngənin edam edildiyini açıqlayıb.

Məhkəmə hakimiyyətinə bağlı “Mizan” agentliyinin məlumatına görə, onlar İsrail və ABŞ-la əməkdaşlıq, habelə ictimai obyektlərə və infrastruktura hücumlarda iştirak etməkdə ittiham olunublar.

Bununla belə, məhkəmə hakimiyyəti ittihamları təsdiqləyən hər hansı sübut açıqlamayıb. Hüquq müdafiə təşkilatları İranda siyasi məhbuslarla bağlı məhkəmə proseslərinin ədalətliliyini və çıxarılan hökmlərin etibarlılığını dəfələrlə şübhə altına alıblar.

“Amnesty International”ın məlumatına görə, İran 2025-ci ildə ən azı 2 159 nəfəri edam edib və Çin istisna olmaqla, dünyada ən çox edam həyata keçirən ölkə olub.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar