SON XƏBƏRLƏR

Ərdoğan Türkiyə-Azərbaycan birliyinə qarşı cəhdlərdən danışıb

2026.11.09, 15:49
Ərdoğan Türkiyə-Azərbaycan birliyinə qarşı cəhdlərdən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan birliyinə xələl gətirməyə yönələn cəhdlərə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.

Gunaz.tv

Ərdoğan bu fikirləri çıxışı zamanı səsləndirib.

Türkiyə Prezidenti bildirib ki, regionda vəziyyətin daha da qeyri-sabitləşməsinə səbəb olacaq yeni hücum dalğasının başlanmasını arzulamırlar.

O, həmçinin Türkiyə və Azərbaycanın birliyini poza bilməyən qüvvələrin iki ölkə arasında həmrəyliyə xələl gətirməyə çalışa biləcəyini qeyd edib.

Ərdoğan bu cür cəhdlərə qarşı ayıq-sayıq olmağın və diqqətli davranmağın vacibliyini vurğulayıb.

O, Türkiyə ilə Azərbaycan arasında məsafə yaratmağa çalışanların iki xalqın bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar