SON XƏBƏRLƏR

Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)

2026.11.10, 20:39
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)

Gunaz.tv

İran Premyer Liqasının keçmiş hakimi Əli Səfayi Güney Azərbaycanın Traktor klubunun rəqibinin xeyrinə hakimlik etməsi üçün hakimlər komitəsinin üzvlərindən birinin ona təzyiq göstərdiyini açıqlayıb.

Səfayinin sözlərinə görə, Traktorun oyunlarından birindən əvvəl ondan çempionatda qalmaq uğrunda mübarizə aparan rəqib komandanın xeyrinə fit çalması istənilib.

Əli Səfayi liqanın son həftələrində baş vermiş şübhəli telefon zəngindən də danışıb. Onun bildirdiyinə görə, Traktorun cənub bölgəsindən olan və liqadan düşmək təhlükəsi ilə üzləşən komandalardan biri ilə oyunundan əvvəl hakimlər komitəsinin rəsmiləri ona zəng edərək rəqib komandanın tərəfini saxlamağı istəyiblər.

Səfayi həmçinin bu oyunu idarə etməkdən imtina etmək istədikdən sonra növbəti mövsüm hakimliyə dəvət edilməyəcəyi ilə hədələndiyini bildirib.

Bu açıqlamalar İran futbolunda hakimliyin şəffaflığı və oyunların nəticələrinə mümkün müdaxilələrlə bağlı ciddi suallar doğurur.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar