SON XƏBƏRLƏR

Yokayev ərəbcə sözlərdən imtinaya çağırdı

2026.11.11, 14:03
Yokayev ərəbcə sözlərdən imtinaya çağırdı

Biz qazaxlarıq, ərəb deyilik; ərəb sözlərini kənara qoyun.

Gunaz.tv

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

O, qazaxları gündəlik dianışıq dillərindən ərəb sözlərini çıxarmağa çağırıb. Prezidentin sözlərinə görə, bu günlərdə qədim qazax dini ifadələri əvəzinə ərəb sözləri istifadə etmək dəb halını alıb. Tokayev bunun zəruriliyinin ciddi şəkildə şübhə altında olduğunu bildirib.

Tokayevin sözlərinə görə, qazax dilinə “İnşaAllah” və “Əlhəmdulillah” kimi sözlərin daxil olmasına ehtiyac yoxdur. O, qazax dilində “Kudai qalasa” və “Kudaiğa şükür” ifadələrinin istifadəsinə çağırıb.

Qazaxıstan prezidenti həmvətənləri arasında ərəbçiliyin yayılmasından narahatlığını bildirib. O, bu tendensiyanın qəti şəkildə əleyhinə olduğunu vurğulayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar