Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Gürcüstan isə, savaş ehtimalından yayınmaq üçün Avropa Birliyinin vasitəçilik missiyasını öz üzərinə götürməsinə çalışır Gürcüstan böhranlı situasiya ilə üzləşib. Belə ki, bu qonşu dövlətin ətrafında yaranmış qeyri-müəyyən vəziyyət hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. Xüsusilə də, Rusiya-Gürcüstan münasibətlərində mövcud olan gərginlik hər ötən gün daha da dərinləşməkdədir. Hər halda bu iki qonşu dövlətin arasındakı ziddiyyətlərin qarşıdurma keyfiyyəti qazanmaqda olduğu açıq-aşkar nəzərə çarpır. Bu baxımdan, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin Gürcüstan ətrafında yaranmış vəziyyəti təhlükəli situasiya kimi dəyərləndirməsi o qədər də təəccüblü deyil. Qeyd edək ki, Rusiya-Gürcüstan münasibətlərində yaşanan böhranlı vəziyyətin əsas səbəbləri olduqca sadədir. Belə ki, hər iki tərəf öz mövqeyində prinsipiallıq nümayiş etdirməyə üstünlük verir. Bu səbəbdən də, iki dövlət arasında yaşanmaqda olan ziddiyyətlərin nizamlanması kifayət qədər ciddi problemlər yaratmaqdadır. Ən azından ona görə ki, qarşıduran tərəflərdən heç birisi geriyə çəkilmək barədə düşünmədiyini sezdirir. Yəni, həm Rusiya, həm də Gürcüstan qarşılıqlı güzəştlərə gedilməsinin mümkünlüyü ilə bağlı daha sərfəli görünən variantı yaxına belə buraxmaq istəmir. Əksinə, hər iki qarşıduran tərəf öz mövqeyini rəqibə qəbul etdirməyə çalışır. Halbuki belə yanaşma indiki halda, əksər ekspertlər tərəfindən ən arzuolunmaz variant kimi dəyərləndirilməkdədir. Təbii ki, güzəştsizlik sindromunun təsiri altına düşmüş kimi görünən bu iki dövlətin prinsipial mövqenin nümayiş etdirilməsi üçün özəl səbəbləri olmamış da deyil. Belə ki, Rusiya Cənubi Qafqaz regionunda hegemon dövlət olduğunu düşünür. Və ona görə də, mövcud qarşıdurmanın zərərsizləşdirilməsi baxımından, geriyə atılacaq ilk addımı rəsmi Tiflisdən gözlədiyini sezdirir. Hər halda, Rusiyanın Cənubi Qafqaz regionunda kifayət qədər güclü dayaqları mövcuddur. Həmin dayaqlar Cənubi Qafqaz regionunda Rusiyanın öz siyasi iradəsini diqtə etməsinə münbit şərait yaradır. Bu baxımdan, Kremlin belə israrlı və prinsipial mövqe tutması əslində, o qədər də təəccüblü deyil. Digər tərəfdən, onu da nəzərə admaq lazımdır ki, Rusiya Gürcüstana qarşı göstərdiyi hərbi-siyasi təzyiqləri yalnız iki qonşu dövlətin qarşılıqlı münasibətlərində ortaya çıxmış problemlər kimi dəyərləndirmir. Əksinə, Rusiya bu təzyiq mexanizmlərinə regional mübarizədə öz mövqelərini qorumaq baxımından, bir vasitə kimi yanaşır. Çünki Rusiyanın hərbi-siyasi təzyiqləri Gürcüstana qarşı yönəlmiş kimi görünsə də, əslində, bütün bunlar Kremlin ABŞ və Qərblə apardığı regional savaşın tərkib hissəsi olduğu da qətiyyən şübhə doğurmur. Ən azından ona görə ki, hazırda Cənubi Qafqaz regionuna nəzarət uğrunda geopolitik mübarizənin əsas oyunçuları qismində məhz bir tərəfdən Rusiya, qarşı tərəfdənsə, ABŞ və Qərb çıxış edir. Ona görə də, Gürcüstanın indiki halda, nəhənglərin savaşında "günah keçisi"nə çevrilməkdə olduğunu düşünmək mümkündür. Məsələ ondadır ki, Gürcüstan bir tərəfdən Rusiyanın sərt hərbi-siyasi təzyiqlərinə qarşı duruş gətirmək məcburiyyətindədir. Digər tərəfdənsə, rəsmi Tiflis Kremlin hər ötən gün daha da sərtləşən basqılarına duruş gətirmək üçün öz himayədarlarına - ABŞ və Qərbə sığınmaq zorunda qalmış kimi görünür. Yəni, rəsmi Tiflis iki nəhəngin savaşının episentrinə çevrilməklə Gürcüstanın gələcək taleyinin müəyyənləşdirilməsi kimi ağır problemin həlli vacibliyi ilə üz-üzə qalıb. Düzdür, rəsmi Tiflis hələlik özünü nisbətən gələcəyə inamlı göstərməkdədir. Hər halda, indiki situasiyada Gürcüstan ABŞ və Qərbin himayəsini öz üzərində hiss etməkdədir. Ona görə də, rəsmi Tiflis müəyyən mənada, Gürcüstanın gələcək taleyini məhz həmin himayənin öhdəsinə buraxmış dövlət təsiri bağışlayır. Halbuki bu cür yanaşma olduqca təhlükəli xarakter daşıyır. Ən azından ona görə ki, ABŞ və Qərbin Gürcüstanı Rusiyanın sərt təzyiqlərdən sona qədər müdafiə edəcəyinə tam təminat vermək qətiyyən mümkün deyil. Birincisi, elə vəziyyət yarana bilər ki, ABŞ və Qərb də Gürcüstanı Rusiyanın təzyiqlərdən müdafiə etməkdə aciz duruma düşə bilər. Digər tərəfdənsə, regional savaşın əsas oyunçuları arasında hansısa mərhələdə anlaşma ehtimalının mümkün ola biləcəyini tam şəkildə istisna etmək də çətindir. Bu haldasa, ABŞ və Qərbin öz maraqları naminə Gürcüstanı qurban verməyəcəyinə heç kəs əmin ola bilməz. Göründüyü kimi, hazırda Gürcüstan əslində, özünə birbaşa aid olmayan "nəhənglər"in savaşında iştirakçıya çevrilmiş dövlət təsiri bağışlayır. Düzdür, hələlik ABŞ və Qərb özünün Cənubi Qafqazdakı regional for-postuna dəstəyini əsirgəmir. Belə ki, ABŞ və Qərb hazırda Gürcüstanın himayə edilməsi prosesinə NATO-nu da cəlb etməyə çalışır. Hər halda, bu nüfuzlu hərbi-siyasi alyansın Gürcüstana aid münaqişə ocaqlarına xüsusi diqqət yetirməsi belə düşünməyə tamamilə əsas verir. Hətta NATO gürcü-abxaz münaqişəsinə marağının artdığını da qətiyyən gizlətmir. Bu qurumun rəhbərliyi hesab edir ki, gürcü-abxaz münaqişəsinin yenidən gərginləşdirilməsi yolverilməzdir. Ona görə də, digər dövlətlər buna əsas yarada biləcək hərbi-siyasi xarakterli müdaxilələrə yol verməməlidir. Və buna yönəlik davranışlardan birmənalı şəkildə yayınmalıdır. Təxminən oxşar dəstək cəhdi Almaniyanın xanım konsleri Angela Merkel tərəfindən də göstərilib. Almaniya konsleri Gürcüstanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəkləndiyini vurğulamaqla yanaşı, gürcü-abxaz münaqişə zonasında sülhün bərqərar olunması istiqamətində müəyyən proqresin əldə olunmasının vacibliyini dilə gətirib: "Biz Gürcüstanın Rusiya tərəfinin münaqişə zonasında gərginlik yarada biləcək bəzi addımlarından narahatlığını bölüşürük". Təbii ki, Almaniya konsleri A.Merkelin bu mövqeyi Gürcüstanın açıq şəkildə dəstəklənməsi anlamına gəlir. Ancaq rəsmi Tiflis bu dəstəyin Gürcüstanı gələcək kataklizmlərdən tam mühafizə etmək baxımından, yetərli olmuya biləcəyini də anlamamış deyil. Ona görə də, rəsmi Tiflis Gürcüstan üçün daha etibarlı müdafiə sisteminin təmin edilməsinə can atır. Belə ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Almaniya konslerindən gürcü-abxaz münaqişəsinin nizamlanması prosesində Avropa Birliyinin vasitəçilik missiyasını öz üzərinə götürməsinin müzakirəsini xahiş edib. Halbuki prezident M.Saakaşvili NATO kimi, Avropa Birliyinin də hər hansı tərəfdaşının qəliz probleminin həlli kimi ağır öhdəliyin qəbuluna həvəsli qurum olmadığını anlamamış deyil. Bu baxımdan, prezident M.Saakaşvilinin bu xahişinin real nəticələr verəcəyi o qədər də inandırıcı görünmür. Elçin XALİDBƏYLİ sherg
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var