SON XƏBƏRLƏR

Qumda aksiyaçıların şüarı: “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”- VİDEO

2021.10.20, 07:36
Qumda aksiyaçıların şüarı: “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”-  VİDEO

Gunaz.tv

GünAzTV: Dekabrın 30-u axşam saatlarında İranın ən dindar şəhəri sayılan Qumda, on minlərlə etirazçı hakimiyyətə qarşı aksiyalara qatılaraq İranın dini lideri axund Əli Xamneyinin tutduğu vəzifədən getməsini tələb ediblər.

 

“Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, “Hizbullaha ölüm”, “Suriyanı burax, bizim halımıza yan” və “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, məmləkəti öz halına burax” şüarları səsləndirən dinc aksiyaçılar, Xamneyinin tutduğu vəzifədən istefa verməsini tələb ediblər.

 

Bildirilir ki, ənənəvi olaraq əksəriyyəti dindar əhalinin və ruhanilərin ən sıx yaşadığı şəhərlərdən biri kimi tanınan Qumda, əhalinin islam respublikasına qarşı çıxması və onların hakim ruhanilərə qarşı şüarlar səsləndirməsi xüsusi diqqət çəkib. Hüquq-mühafizə qüvvələrinin və mülki geyimli ETTELAAT əməkdaşlarının kənardan izlədiyi aksiyada tutulanların olub-olmadığı barədə məlumat yayılmayıb.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

İranın 30-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Xalq etirazlarının davam etdiyi bildirilir.

 

VİDEO:

 

 

https://www.youtube.com/watch?time_continue=2&v=WsIjmwRL4DU

 

 

A.M

 

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar