SON XƏBƏRLƏR

“Paşa” Təbrizə qayıtdı

2021.10.20, 07:36
“Paşa” Təbrizə qayıtdı

Gunaz.tv

GünAz TV: Təbrizdə azərbaycanlıların rəğbət bəslədiyi “Paşa” tamaşasının yenidən nümayişinə başlanılıb.

 

Tamaşa bazar günü “29 bəhmən” kompleksinin ustad Məqbeli salonunda səhnəyə qoyulub.

 

Azərbaycan türkcəsində hazırlanan tamaşa Azərbaycan Məşrutə inqilabı dövrünün tanınmış mücahidlərindən olan “Zeynəb Paşa” və onun mübarizə həyatından bəhs edir.

 

Ssenarisi Əkbər Şəriət tərəfindən yazılan “Paşa” tamaşasının rejissoru xanım Nazila İranzad Benamdır.

 

 

Sentyabr ayında Təbrizdə səhnəyə qoyulan tamaşa əhalinin rəğbətini qazandığı üçün yenidən nümayiş etdirilir. “Paşa” tamaşası, Güney Azərbaycanda qadın rejissor tərəfindən səhnələşdirilən ilk tamaşadır.

 

Zeynəb Paşa, Bibi Zeynəb vəya Zeynəb Bacı, Azərbaycan müasir tarixinin qəhrəmanlarından olan, Təbrizin keçmiş Zeynəddin Əmi məhəlləsinin yoxsul sakini Şeyx Süleymanın qızıdır.

 

Zeynəb Paşa və onun qadın əqidədaşları Qacarlar dövrünün axırlarında istibdada qarşı mübarizədə böyük rol oynayıb, demokratiya və məşrutə inqilabı uğrunda azərbaycanlı kişilərlə çiyin-çiyinə mübarizə aparıblar.

 

Tamaşanın nümayişi bir neçə gün yerli vaxtla saat 18:45-də qeyd olunan məkanda davam etdiriləcək.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar