SON XƏBƏRLƏR

“Sepah” rəsmisi: “Tehranda vəziyyət belə davam etsə, rəsmilər bir sıra qərarlar qəbul edərək işi bir yolluq bitirəcəklər”

2021.10.20, 07:36
“Sepah” rəsmisi: “Tehranda vəziyyət belə davam etsə, rəsmilər bir sıra qərarlar qəbul edərək işi bir yolluq bitirəcəklər”

Gunaz.tv

GünAzTV: “Sepah”ın “Sarəllah” qərargahı komandanının canişini İsmayıl Kövsəri, yanvarın 2-də jurnalistlərə açıqlamasında paytaxt Tehranda davam edən kütləvi etirazlardan və hakimiyyətin bunun qarşısını necə alacağından danışıb.

 

İsmayıl Kövsəri bildirib ki, “Sepah”, Tehranda sabitliyin pozulmasının davam etdirilməsinə imkan verməyəcək: “Əgər Tehranda sabitliyin pozulması ilə bağlı indiki vəziyyət davam etsə, o zaman ölkə rəsmiləri məsələ ilə əlaqədar bir sıra qərarlar qəbul edərək, işi bir yolluq bitirəcəklər. Tehrandakı etirazların qarşısını almaq üçün hüquq-mühafizə qüvvələri tərəfindən hələlik bizə müraciət olunmayıb. Lakin əgər onlar bizdən yardım istəsələr, “Sepah”ın “Sarəllah” qərargahı, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının bundan əvvəl qəbul etdiyi qərarlarına uyğun olaraq işə qarışacaq və hüquq-mühafizə qüvvələrinin yardımına başlayacaq”.

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

 

Son günlər, İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar