SON XƏBƏRLƏR

İranda polis komandanı: "Gecə qonaqlığına qatılan 55 qadın və kişi həbs edilib"

2021.10.20, 07:36
İranda polis komandanı: "Gecə qonaqlığına qatılan 55 qadın və kişi həbs edilib"

Gunaz.tv

GünAzTV: İranın Cənubi Xorasan əyalətinin Bircənd şəhərində gecə qonaqlığına qatılan daha 55 qadın və kişi tutulub. Bu barədə Cənubi Xorasan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Məcid Şüca, yanvarın 24-də jurnalistlərə məlumat verib.

 

Polis komandanı bildirib ki, Bircəndin ətraf məhəllələrinin birində yerləşən bir villada onlarla qadın və kişinin birgə qatıldığı gecə qonaqlığının keçirilməsi ilə bağlı məlumat daxil olduqdan sonra, polis əməkdaşları əməliyyata başlayıb: “Əməkdaşlarımız villaya daxil olarkən, onlarla başıaçıq və yarıçılpaq qadınlarla kişilərin musiqi sədaları altında birlikdə rəqs etdiyinin şahidi olublar.

 

Keçirilən əməliyyat nəticəsində villada olan 55 nəfər həbs edilib. Tutulanlardan 23-ü qadın, 32-si isə kişidir. Villada olan bütün musiqi alətləri və müəyyən qədər alkoqollu içkilər əməkdaşlarımız tərəfindən götürülüb, tutulanlar isə polis bölməsinə aparılıb. Hazırda məsələ araşdırılır”.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda  2000-ə yaxın insan həbs edilib.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar