SON XƏBƏRLƏR

Türk ordusu Afrində 597 terrorçu məhv edib

2021.10.20, 07:36
Türk ordusu Afrində 597 terrorçu məhv edib

Gunaz.tv

GünAz TV: Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 597 terrorçu məhv edilib.

 

Mediada yayılan məlumata görə, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

 

Açıqlamada bildirilib ki, Türkiyə hərbçiləri Azad Suriya Ordusu ilə birlikdə Afrin şəhərinin terrorçulardan təmizlənməsi üçün əməliyyatlarını davam etdirilir. Məlumata görə, şəhərin mərkəzinə 13 km qalıb.

 

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar