SON XƏBƏRLƏR

Urmiyə Məhkəməsi Soheyl Dəirinin müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarıb

2021.10.20, 07:36
Urmiyə Məhkəməsi Soheyl Dəirinin müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarıb

Gunaz.tv

GünAz TV: Urmiyənin İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəalın müvəqqəti azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.

 

Hazırda məhkəmə prosesinin davam etdiyi bildirilən fəalın müvəqqəti sərbəst buraxılması üçün 150 milyon tümən dəyərində mülki vəsiqə təyin olunub.

 

Fəal fevralın 5-də təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanılıb. O bir çox milli-mədəni fəal kimi sistemin əleyhinə təbliğ etməkdə ittiham olunub.

 

Azərbaycanlı fəalın yaxınları bildirir ki, o sosial şəbəkələrdəki mədəni fəaliyyətinə görə təhlükəsizlik qüvvələri tərəfindən təqib edilib və nəhayət fevralın 6-da saxlanılıb.

 

İranda rejimin ideologiyası istiqamətində olmayan bütün mədəni fəaliyyətlər yazılmamış qanunlarla qadağandır. Bu səbəbdən vaxtaşırı bir çox fəal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar