SON XƏBƏRLƏR

Türkiyəyə Saleh Müslüm şoku: Çexiya PYD-nin keçmiş rəhbərini azadlğa buraxdı

2021.10.20, 07:36
Türkiyəyə Saleh Müslüm şoku: Çexiya PYD-nin keçmiş rəhbərini azadlğa buraxdı

Gunaz.tv

GünAz TV: Bu gün Çexiyanın paytaxtı Praqada məhkəmədə hakim qarşısına çıxarılan PYD-nin keçmiş rəhbəri Salih Müslüm sərbəst buraxılıb.

 

Praqada konfransa qatılan və Türkiyənin qırmızı bülletenlə axtarışa verdiyi Saleh Müslü məhkəmə prosesindən sonra azadlığa buraxılıb.

 

Polis məhkəmə qarşısında təhlükəsizlik tədbirləri həyata keçirsə də, az sayda terror təşkilatının tərəfdarları aksiya keçirib. Media məhkəmə prosesinə buraxılmayıb.

 

Türkiyə Müslümün müvəqqəti həbs edilməsini və Ankaraya ekstradisiya edilməsini rələb etmişdi.

 

Türkiyənin Çexiyadakı səfiri Əhməd Necati deyib ki, məhkəmənin bu qərarı iki ölkə əlaqələrinə mənfi təsir edəcək.

 

Xatırladaq ki, Salih 2010-cu ildə PYD-nin lideri olub. O, 1951-ci ildə Suriyanın Hələb şəhərində doğulub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar