SON XƏBƏRLƏR

Təbrizin “Pəyam Nur” Universitetində “Təbriz, Birincilər Şəhəri” konfransı keçiriləcək

2021.10.20, 07:36
Təbrizin “Pəyam Nur” Universitetində “Təbriz, Birincilər Şəhəri” konfransı keçiriləcək

Gunaz.tv

GünAz TV: “Təbriz 2018 İncəsənət və Mədəniyyət Dərnəyi” və “Azərbaycan Sivilizasiyası və Mədəniyyəti” Təbrizin “Pəyam Nur” Universitetində önəmli tədbir keçirməyi planlaşdırır.

 

“Təbriz, Birincilər Şəhəri” konfransı martın 6-ı yerli vaxtla saat 14:00-dan 16:30-dək universitetin Çəmran salonunda keçiriləcək.

 

Tədbirdə “Oxu” nəşriyyəsinin müdir-məsulu və “Azərbaycan Sivilizasiyası və Mədəniyyəti” qurumunun katibi xanım Dr.Vəhidə Bernun geniş məruzə ilə çıxış edəcək. Tədbirin keçirilməsindən məqsəd 2018-ci ildə Təbriz şəhərinin problemlərini müzakirə etmək və yeni yaranan dərnək və “Oxu” nəşriyyəsinin təqdim etməsidir.

 

Konfransın keçirilməsini planlaşdıram dərnəklər ötən ay (hicri-şəmsi təqvimi ilə bəhmən ayı) sözügedən universitetdə təhsil alan milli-mədəni fəallar tərəfindən təsis edilib.

 

Bundan öncə Təbrizin “Pəyam Nur” Universitetində azərbaycanlı fəallara hər hansı nəşriyyə vəya dərnək təsis etməyə icazə verilməyib. Bu, türk fəalların ardı-arası kəsilməyən səyləri nəticəsində mümkün olub.

 

Universitetdə “Təbriz 2018 İncəsənət və Mədəniyyət Dərnəyi”nə üzv olmaq üçün çağırış edilib:

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar