SON XƏBƏRLƏR

Şimali Koreya Amerika ilə danışıqların şərtini açıqlayıb

2021.10.20, 07:36
Şimali Koreya Amerika ilə danışıqların şərtini açıqlayıb

Gunaz.tv

GünAz TV: Vaşinqton Pxenyandan ilkin tələblərin icra edilməsini tələb etməyəcəyi təqdirdə Şimali Koreya Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıqlarda iştirak edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR Xarici İşlər Nazirliyinin (XİN)  məlumatında bildirilir. 

 

“Onilliklərdir davam edən KXDR-ABŞ danışıqları dövründə biz hələ bir dəfə də olsun ABŞ-la hər-hansı ilkin şərtlərlə bağlı danışıqlar aparmamışıq. Bu gələcəkdə də davam etdiriləcək”, - deyə Şimali Koreya XİN-nin nümayəndəsi bildirib.  

 

Onun sözlərinə görə, Pxenyan dialoq və danışıqların köməyi ilə  məsələləri dinc və diplomatik yolla nizamlamağa hazırdır. Diplomat qeyd edib ki, KXDR Vaşinqtona dialoq aparmağa yalvarmayacaq və ABŞ-ın bəyan etdiyi hərbi variantdan yayınmayacaq: “Pxenyan tərəfləri narahat edən məsələləri bərabər hüquqluluq əsasında müzakirə etməyə hazırdır”.   

 

XİN nümayəndəsi həmçinin KXDR-in nüvə proqramının ləğv olunmasına dair Vaşinqtonun niyyətini gülünc adlandırıb. 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar