SON XƏBƏRLƏR

“Səttarxan eposu” tamaşası səhnəyə çıxarılıb – Təbrizdə

2021.10.20, 07:36
“Səttarxan eposu” tamaşası səhnəyə çıxarılıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Martın 5-dən Güney Azərbaycanın Təbriz şəhərində “Səttarxan eposu” tamaşası səhnəyə çıxarılıb.

 

Azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanan tamaşanın rejissoru Ramin Rasti və ssenari müəllifi Nadir Saivərdir.

 

“Səttarxan eposu” tamaşası martın 5-dən 16-dək yerli vaxtla saat 19:00-da Təbrizin Danişsəra meydanında yerləşən teatr salonunda səhnələşdiriləcək.

 

Tamaşanın musiqi tərtibatı işi Məhəmməd Məleki Əslə məxsusdur. Sevilən tamaşanın səhnələşdirilməsində 65 sənətçinin rol aldığı bildirilir.

 

 

Ramin Rasti Güney Azərbaycanın təcrübəli rejissorlarından biridir. Onun Azərbaycanın görkəmli şairi ustad Şəhriyarın şeirlərindən birini təsvir edən “Xan Nənə” tamaşası sənətsevər soydaşlarımızın böyük rəğbətini qazanıb.

 

Son vaxtlar İranda Azərbaycanın tarixi milli qəhrəmani Səttarxanın həyat yolu və mübarizə xəttini təhrif edən serial yayılır. Ümid edilir ki, Ramin Rastinin yeni sənət əsərində Səttarxanın həyatı və mübarizəsi, həmçinin onun kimliyi olduğu kimi təqdim olunacaq və bununla da serialda yol verilən təhriflər üzə çıxacaq.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar