SON XƏBƏRLƏR

“Məşədi İbad” tamaşası Tehranda səhnələşdirilir

2021.10.20, 07:36
“Məşədi İbad” tamaşası Tehranda səhnələşdirilir

Gunaz.tv

GünAz TV: Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Məşədə İbad” musiqili komediyası İran paytaxtı Tehranda səhnələşdirilib.

 

Rejissoru Mitra Qasedi Saran olan tamaşa “Saran” qrupu tərəfindən səhnələşdirilib. Güney Azərbaycanlı sənətçilər tamaşanı nümayiş etdirmək üçün 3 il məşq ediblər.

 

Məşədi İbad tamaşası martın 6-dan 8-dək Tehranın Olimpiya Modern Teatr-Sinema Salonunda keçiriləcək.

 

 

Beynəlxalq şəkilində nümayiş etdirilən tamaşa Tehrandan sonra Təbriz, Urmiyə, Ərdəbil və Şimali Azərbaycanda səhnələşdiriləcək.

 

Tamaşada “Aylan” qrupu Azərbaycan rəqsini nümayiş etdirib.

 

Məşədi İbad (O olmasın, bu olsun) tamaşası dahi bəstəkar Üzüyir Hacıbəylinin şah əsərlərindən biridir. “Məşədi İbad” 1910-cü ildə yazılıb, bir il sonra isə ilk dəfə olaraq nümayiş etdirilib. Məşədi İbda filmi də Quzey və Güney Azərbaycanda ən çox sevilən filmərdən biridir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar