SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Mehdi Qəməri Binisli saxlanılıb

2021.10.20, 07:36
 Azərbaycanlı milli-mədəni fəal Mehdi Qəməri Binisli saxlanılıb

Gunaz.tv

GünAz TV: Tehran sakini azərbaycanlı milli-mədəni fəal Mehdi Qəməri Binislinin Ettelaat əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

 

O martın 22-də öz iş yerində saxlanılıb.

 

Fəalın yaxınlarının dediyinə əsasən, o türk dilində təqvim hazırladığı ilə əlaqədar dosyesinə görə təhlükəsizlik qüvvələri tərəfindən tutub.

 

Hələlik Mehdi Qəməri Binislinin vəziyyəti və harada saxlanıldığı bilinmir.

 

Saytımızda fəalın son vəziyyəti ilə bağlı daha geniş məlumat yayılacaq.

 

Mədəni aktivistlərin fəaliyyətinə təhlükəsizlik məsələsi kimi baxaraq onları təzyiqlərə məruz qoymaq insan haqları pozuntusunun bariz nümunəsidir. Bununla bağlı BMT və beynəlxalq insan haqları təşkilatları İran rejiminə dəfələrlə xəbərdarlıq ediblər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar