SON XƏBƏRLƏR

Ustad Şəhriyarın “Heydər babaya salam” poemasının personajlarına uyğun divar üzərində heykəllər hazırlanır – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ustad Şəhriyarın “Heydər babaya salam” poemasının personajlarına uyğun divar üzərində heykəllər hazırlanır – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təbrizdə divar üzərində Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” poemasının personajlarına uyğun heykəllər hazırlanır.

 

Ustad heykəltəraş Əhəd Hüseyni tərəfindən hazırlanan heykəllərin yaxın gələcəkdə tam hazır olacağı gözlənilir. Təbriz Beynəlxalq Konfrans Mərkəzinin ərazisində hazırlanan nəfis əsər “Təbriz 2018” layihəsinin açılışı mərasimində təqdim olunacaq.

 

Heykəllər Təbriz 9-cü Məntəqə Bələdiyyə İdarəsinin təşəbbüsü ilə düzəldilir.

 

Əsəri hazırlayan təbrizli məşhur heykəltəraş Əhəd Hüseyni 1972-ci ildə təhsilini davam etdirmək məqsədi ilə İtaliyaya gedib. O İtaliyada ali təhsil aldıqdan sonra Fransaya gedib, orada Art Dekorativ Müəssisəsində 6 il müddətinə modern heykəltəraşlıq üzrə təlim alıb.

 

Ə.Hüseyni 1999-cu ildə Təbrizə dönüb, o bir çox nəfis əsərin müəllifidir.

 

 

 

 

 

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar