SON XƏBƏRLƏR

Tehranda keçirilən kitab sərgisində iki nəfər azərbaycanlı fəal döyülərək saxlanılıb

2021.10.20, 07:36
Tehranda keçirilən kitab sərgisində iki nəfər azərbaycanlı fəal döyülərək saxlanılıb

Gunaz.tv

GünAz TV: Çərşənbə günü Tehranda keçirilən kitab sərgisində iki nəfər azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

 

Kitab almaq üçün sərgiyə gedən İslam Məleki və Kazim Səfabəxş Ettellat əməkdaşları tərəfində saxlanılıb, onlar bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

 

Fəallara qarşı saxlanılarkən güc tətbiq olunub. Onların hansı səbəbdən yaxalandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Həmin sərgidə bir gün əvvəl panfarsist bir qrup “Azər türk” povilyonuna hücum edib, siz “azərisiniz, türk deyilsiniz” deyərək haray-qışqırıq salan hücumçular soydaşlarımızdan bir neçəsini döyüblər. Onlar həmçinin povilyonun lövhəsindəki “türk” sözünün üstünə xətt çəkiblər.

 

İran rejimi türk kimliyi, mədəniyyəti və dilini özünə təhdid kimi gördüyü üçün davamlı olaraq azərbaycanlı mədəni fəalları təzyiq altında saxlayır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar