SON XƏBƏRLƏR

“Trampla görüş müsbət dəyişikliklər gətirəcək”

2021.10.20, 07:36
 “Trampla görüş müsbət dəyişikliklər gətirəcək”

Gunaz.tv

GünAz TV: “Trampla görüş müsbət dəyişikliklər gətirəcək”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreyanın lideri Kim Çen In bəyan edib.

 

“KXDR ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında qarşıdan gələn zirvə görüşü Koreya yarımadasında müsbət dəyişikliklərin inkişafı və parlaq gələcək qurmaq üçün ilk gözəl addım olacaq”, deyə Kim Çen In bildirib.

 

Bundan əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo zirvə görüşü ilə əlaqədar təşkilati məsələləri aydınlaşdırmaq üçün Pxenyana səfər edib. Dövlət katibi özünün “Tvitter” səhifəsində görüşün məhsuldar keçdiyini vurğulayıb.

 

M.Pompeo ötən gün həmçinin bildirib ki, Tramp və Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib. Gələn həftənin əvvəlində bu barədə rəsmi məlumat veriləcək.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar