SON XƏBƏRLƏR

“Traxtur” klubunun məsulları klubun Məhəmmədrza Zenuziyə ötürülməsi ilə bağlı yekun qərara gəliblər

2021.10.20, 07:36
“Traxtur” klubunun məsulları klubun Məhəmmədrza Zenuziyə ötürülməsi ilə bağlı yekun qərara gəliblər

Gunaz.tv

GünAz TV: Ötən günlərdə satışa çıxarılan Təbrizin “Traxtur” futbol klubunun tanınmış iş adamı Məhəmmədrza Zenuziyə ötürülməsi ilə bağlı xəbər yaymışdıq.

 

Artıq klub rəhbərliyi klubun “Qostəreşe fulad”ın sahibi, tanınmış iş adamı Məhəmməd Zenuziyə buraxılması ilə bağlı yekun qərara gəlib. Bildirilir ki, gözlənilməz bir hadisə baş verməsə, mayın 27 və ya 28-də klubla M.Zenuzi arasında rəsmi müqavilə imzalanacaq.

 

 

Tərəflər klubla bağlı müxtəlif problemləri müzakirə edib, bütün məsələlər, o cümlədən klubun borcu ilə bağlı razılığa gəliblər.

 

Bu arada “Traxtur”un keçmiş baş məşqçisi Fəraz Kəmalvəndin yenidən “Traxtur”a qayıdacağı haqda xəbərlər yayılır. Deyilənlərə görə, buna səbəb klubun yeni sahibi olacaq M.Zenuzi ilə F.Kəmalvəndin arasındakı dostluq münasibətidir. Ötən günlərdə isə klubun icraçı direktoru Abbas İlyasi yeni baş məşqçinin xarici vətəndaş olacağı haqda proqnoz vermişdir, buna rəğmən F.Kəmalvəndin “Traxtur”a yenidən baş məşqçi olacağı ehtimalı güclənir.

 

 

Azərbaycanın sevimli “Traxtur” klubu mayın 12-dən 19-dək hərraca çıxarılmışdır. Bu müddətdə Traktorqayırma Şirkətinin Katibliyinə müştərilər tərəfindən bir neçə təkliflər paketi göndərilib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar