SON XƏBƏRLƏR

İranda 5 yaşlı əfqan qızı 3 nəfər tərəfindən oğurlanaraq zorlanıb

2021.10.20, 07:36
İranda 5 yaşlı əfqan qızı 3 nəfər tərəfindən oğurlanaraq zorlanıb

Gunaz.tv

GünAzTV: İranda Əfqanıstan qaçqınlarından olan kasıb bir ailənin 5 yaşlı qızı 3 nəfər tərəfindən oğurlanaraq zorlanıb. Hadisə beş gün əvvəl İranın İsfahan əyalətinin Xomeynişəhr şəhərində baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İran saytlarının yaydığı xəbərə əsasən, Bəharə adlı əfqanlı qız, 5 gün əvvəl evdən küçəyə çıxarkən evləri qarşısında 3 naməlum şəxs tərəfindən oğurlanıb. Bildirilir ki, Bəharəni oğurlayan manyaklar onu zorladıqdan sonra ətraf xarabalıqların birində buraxaraq motosikletlə hadisə yerindən qaçıblar. Ruhi və fiziki baxımdan ağır travma alan qızcığaz, hadisədən bir neçə saat sonra yarıcan vəziyyətdə qonşuları tərəfindən tapılaraq xəstəxanaya yerləşdirilib.

 

Bəharənin anası Havagül İbrahimi isə BBC televiziyasına müsahibəsində qızına qarşı baş vermiş cinayəti vaxtında işıqlandırmadıqlarının səbəbini açıqlayıb. O deyib ki, hadisə mayın 30-u sübh saat 10-da baş verib və çörək almaq üçün evdən çıxan Bəharə 3 naməlum şəxs tərəfindən oğurlanaraq zorlanıb: “İsfahanın polis rəsmiləri cinayətkarları tez bir zamanda tapacaqlarına söz verib bizdən istədilər ki, bu barədə mediaya hər hansı bir açıqlama verməkdən və məsələni mətbuatda işıqlandırmaqdan çəkinək”.

 

Əfqanıstan xarici işlər naziri Səlahəddin Rəbbani iyunun 3-də ölkəsinin Tehrandakı səfirinə baş vermiş olayın ciddi şəkildə araşdırılmasını, cinayətkarların yaxalanması üçün İran rəsmiləri ilə danışıqlar aparmasını tapşırıb.

 

Qeyd edək ki, bu, son illər İranda müxtəlif manyaklar tərəfindən oğurlanaraq zorlanan 3-cü əfqanlı qız uşağıdır.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar