SON XƏBƏRLƏR

Təbrizdə divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb.

 

Şüarlar iyunun 22-dən azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılmağa başlayıb.

 

Fəallar hər kəsi iyulun 5-i və 6-da Babək qalası mərasimində iştirak etməyə çağırıblar.

 

Oxşar mərasim iyunun 17-də bir qrup milli-mədəni fəal tərəfindən Babək qalasında keçirilmişdir, fəallar həmin mərasimə ailə üzvləri ilə birlikdə qatılmışdır.

 

Güney Azərbaycanda hər il iyulun əvvəllərində Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü kimi qəbul olunan tarixdə Babək qalasına yürüş edilir, ənənəvi yürüşün bu il də baş tutacağı gözlənilir.

 

 

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar