SON XƏBƏRLƏR

Ustad Həsən Dəmirçinin yas mərasimi Təbrizin “Cavad-ul Əimmə” məscidində keçiriləcək

2021.10.20, 07:36
Ustad Həsən Dəmirçinin yas mərasimi Təbrizin “Cavad-ul Əimmə” məscidində keçiriləcək

Gunaz.tv

GünAz TV: Bazar günü dünyasını dəyişən tanınmış azərbaycanlı milli-mədəni fəal və musiqi ustadı Həsən Dəmirçinin (Həsən Azərbaycan) 3 mərasiminin keçiriləcəyi yer məlum olub.

 

Ustadın ailəsi tərəfindən elan olunan son məlumata görə, mərasim iyunun 27-i yerli vaxtla saat 18:30-dan 20:30-dək Təbrizin “Cavad-ul Əimmə” məscidində keçiriləcək.

 

Bundan əvvəl mərasimin Tubaiyyə məscidində keçirilməsi planlaşdırılmışdır, lakin Ettelaat İdarəsi buna imkan vermədiyi üçün mərasimin yeri dəyişdirilib.

 

Tubaiyyə məscidi Təbrizin ən böyük məscidlərindən biridir. Tanınmış elm və mədəniyyət adamları, həmçinin ictimai-siyasi xadim olmuş insanların əksəriyyətinin yas mərasimi məhz bu məsciddə keçirilir.

 

“Cavad-ul Əimmə” məscidi Təbrizdə, Fruği meydanında Şeyx Məhəmməd Xiyabani xiyabanının başlanğıcında yerləşir.

 

Mərhum H.Dəmirçi vəfatından bir gün sonra iyunun 25-də Təbrizdə “Vadi rəhmət” qəbiristanlığında dəfn olunub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar