SON XƏBƏRLƏR

Ərdəbildə divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində divarlara Babək qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb.

 

Şüarlar iyunun 26-dan azərbaycanlı milli-mədəni fəallar tərəfindən yazılmağa başlayıb.

 

Fəallar hər kəsi iyulun 5-i və 6-da Babək qalası mərasimində iştirak etməyə çağırıblar.

 

Hazırda şəhərin ən hərəkətli yerlərində divarlarda “İyulun 5-i və 6-da görüşümüz Babək qalasında” yazılarına rast gəlinir.

 

Fəallar ötən günlərdə Təbriz və Parsabad şəhərlərində də divarlara yazılar yazaraq hər kəsi Babək qalası yürüşündə iştirak etməyə çağırmışdılar.

 

Güney Azərbaycanda hər il iyulun əvvəllərində Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü kimi qəbul olunan tarixdə Babək qalasına yürüş edilir, ənənəvi yürüşün bu il də baş tutacağı gözlənilir.

 

Qalaya toplaşan soydaşlarımız İran rejiminin Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətini məhkum edərək ölkədə türk millətinin demokratik və milli hüquqlarının təmin olunmasını tələb edirlər.

 

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar