SON XƏBƏRLƏR

3 azərbaycanlı fəalın hər biri 6 ay həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
3 azərbaycanlı fəalın hər biri 6 ay həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi (Nadarlı), Mehdi Qəməri Benisli və Yasin Ərfəi icrası iki il müddətinə təxirə salınan 6 aylıq şərti həbs cəzasına məhkum edilib.

 

İctimaiyyəti təşvişə salmaq kimi qondarma ittihamla üzləşən fəallar bundan əvvəl Tehranda türkcə təqvim çap etdiklərinə görə saxlanılmışdır.

 

Fəalların məhkəmə iclası iyulun 8-də Tehran şəhid Qoddusi Qəzayi kompleksinin 2 nömrəli məhkəməsinin 1029-cü şöbəsində hakim Abbasinəjadın sədrliyi ilə keçirilib. Məhkəmə prosesi zamanı fəalların ictimaiyyəti təşvişə salmaqda ittiham olunduğu məlum olub.

 

Bunbdan əvvəl fəallara sistemin əleyhinə təbliğat aparmaq, növbəti məhkəmə iclasında isə milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham olunduqları bildirilmişdir.

 

Göründüyü kimi, fəallar məhkəmə prosesində 3 fərqli qondarma ittihamla üzləşiblər.

 

Azərbaycanlı fəallar türkcə təqvim çap etdiklərinə görə mart ayında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, onlar bir müddət Evin zindanında saxlanılıb və dindirildikdən sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Adlarını çəkdiyimiz fəallar, bundan əvvəl Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar