SON XƏBƏRLƏR

İsrail Suriya təyyarəsini vurub, pilotlardan biri ölüb

2021.10.20, 07:36
İsrail Suriya təyyarəsini vurub, pilotlardan biri ölüb

Gunaz.tv

GünAz TV: İyulun 24-də İsrail ordusu Suriyaya məxsus “Su” tipli təyyarəni vurub.


Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.


Məlumatda bildirilir ki, təyyarə İsrailin hava məkanını pozaraq, ölkənin daxilinə doğru 2 kilometr irəlləyib. Bundan sonra təyyarəyə 2 “Patriot” raketi atılıb.


Suriyadakı hərbi mənbədən “Al Masdar” xəbər portalına verilən məlumata görə, dünən vurulan “Su-22” bombardmançı təyyarəsinin pilotlarından biri ölüb.


İkinci pilotun taleyindən hələlik xəbər yoxdur. Ölən pilot Omran Murai adlı polkovnikdir.


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar