SON XƏBƏRLƏR

İran aviaşirkətlərinə xidmət göstərən Türkiyə şirkəti ABŞ sanksiyalarından sonra əməliyyatlarını dayandıracaq

2026.11.28, 17:08
İran aviaşirkətlərinə xidmət göstərən Türkiyə şirkəti ABŞ sanksiyalarından sonra əməliyyatlarını dayandıracaq

Bir neçə İran aviaşirkətinə yerüstü xidmətlər göstərən Türkiyənin FUGO şirkəti ABŞ sanksiyalarından sonra noyabrın 30-da fəaliyyətini dayandıracağını açıqlayıb.

Gunaz.tv

Bu barədə Türkiyə mediası cümə günü məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyi noyabrın 4-də İran aviaşirkətlərinə xidmət göstərdiyinə görə şirkətə sanksiyalar tətbiq edib. FUGO-nun xidmət göstərdiyi aviaşirkətlər arasında Iran Airtour, Saha, Sepehran, Varesh, Taban və ATA Airlines yer alır.

FUGO fəaliyyətini dayandırdıqdan sonra İran aviaşirkətlərinin Türkiyədə yerüstü xidmətləri necə təmin edəcəyi hələlik məlum deyil.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar