SON XƏBƏRLƏR

Etiraz yığıncağı keçirən Azərbaycan Dəmiryolu İşçiləri dayanacaqda gecələyiblər - Təbrizdə

2021.10.20, 07:36
Etiraz yığıncağı keçirən Azərbaycan Dəmiryolu İşçiləri dayanacaqda gecələyiblər - Təbrizdə

Gunaz.tv

GünAz TV: Təbriz dayanacağında etiraz yığıncağı keçirən Azərbaycan Dəmiryolu İşçiləri gecəni dayanacaqda yatıblar.

 

Məlumata görə, işçilər maaşlarının 6 ay gecikməsi, işin çətinliyinin olduğu kimi nəzərə alınmaması və şirkətin (Travers Şirkəti) keçmiş rəhbərliyinin işçilərlə hesablaşmamasına etiraz bildirir. Bir neçə gündür etiraza  başlayan işçilər aksiyanın 6-cı günündə dayanacaqda gecələyiblər.

 

“İlna” xəbər agentliyinin yaydığı məlumata görə, dəmiryolu işçilərinin etiraz yığıncağı iyulun 30-da 7-ci günə daxil olub.

 

“İsna” xəbər agentliyi isə azərbaycanlı işçilərin bazar ərtəsi günü Təbriz Şəhər İcra Hakimiyyəti binasının qarşısında etiraz aksiyası keçirdiyini yazıb.

 

Məlumata görə, Şərqi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifər işçilərə maaşlarının bir gün sonra ödəniləcəyinə dair söz verib.

 

Dəmiryolu işçilərinin etirazları Salmas bölgəsində başlayıb, etirazlar qısa müddətdə Təbriz, Sofiyan, Əcəbşer, Mərənd və Şəfaxanaya qədər yol tapıb.

 

Etiraz yığıncağına qatılan işçilər maaşları ödənilməyənədək etiraza davam edəcəklərini bildiriblər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar