SON XƏBƏRLƏR

Azadi stadionunda saxlanılan “Traxtur” tərəfdarları azadlığa buraxılıb

2021.10.20, 07:36
Azadi stadionunda saxlanılan “Traxtur” tərəfdarları azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Ötən cümə günü Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” və Təbrizin “Traxtur” komandaları arasında keçirilən görüşdə 43 azərbaycanlı “Traxtur” tərəfdarı polis əməkdaşları tərəfindən döyülərək saxlanmışdır.

 

Əldə olunan son məlumata görə, polisin hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan tərəfdarlar artıq azadlığa buraxılıb.

 

Azərbaycan klubunun müdiri Sadiq Drudgər şənbə günü səhər saatlarından saxlanılan komanda tərəfdarlarının azadlığa buraxılmasına çalışdığını mətbuata deyib. O azyaşlı uşaqlar da daxil olmaqla çox sayda tərəfdarın polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.

 

“Traxtur”un keçmiş baş məşqçisi Rəsul Xətibi isə polisin azərbaycanlı komanda tərəfdarları ilə davranışının utancverci olduğunu deyib. “Polis əməkdaşlarının bu davranışı üzr istəməklə də keçməz”- deyə o vurğulayıb.

 

Polisin hücumundan əlavə, görüş zamanı “İstiqlal” komandasının tərəfdarları da türk millətinə qarşı təhqiramiz hərəkətlər edib, “ölüm olsun türkə” şüarı veriblər. Onlar Azərbaycan komandasının tərəfdarlarını daşa tutaraq onların ünvanına müxtəlif söyüş və şüarlar səsləndiriblər.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar