SON XƏBƏRLƏR

Ərdəbilli rejissor Bakı Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin üzvü seçilib

2021.10.20, 07:36
Ərdəbilli rejissor Bakı Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin üzvü seçilib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı tanınmış rejissor Leyla Novruzi 1-ci Bakı Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin üzvü seçilib.


Hazırda 2018-ci il oktyabrın 19-dan 21-dək Bakıda  keçiricləcək beynəlxalq festivala filmlərin və ssenarilərin qəbulu davam edir.


Birinci Bakı Beynəlxalq Animasiya Festivalının Münsiflər Heyətinin tərkibi Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan peşəkarlardan ibarətdir.


Leyla Novruzi Ərdəbildə anadan olmuşdur. Rejissor, yazıçı, şair, jurnalist və aktrisadır. “Mən İsmətəm” (2016) adlı sənədli və “Qara yol” bədii filmlərinin rejissorudur. İki şeir və bir hekayə kitabının müəllifidir. “Xeber365.com” və “Chaikhana.org” saytlarında, “Mehr” və “Həmşəri” İran qəzetlərində məqalələrlə çıxış edir. İstanbul İpək Yolu kinofestivalının (2016), Təbriz kinofestivalının (2017), İsfahanın hekayə festivalının (2015) və s. festivalların mükafat sahibidir. 2015-2016 illərində Ərdəbil şəhərində keçiriliən “Qar” festivalında həkayə üzrə münsiflər heyətində iştirak etmişdir. 2018-ci ildə çap olunmuş “Azərbaycan animasiyası” kitabının müəlliflərindən biridir. Hazırda Türkiyədə fəaliyyət göstərir.


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar