SON XƏBƏRLƏR

Üçtərəfli görüşün yerinin Təbrizdən Tehrana dəyişdirilməsi İranın istəyi ilə baş verib – Dmitri Peskov

2021.10.20, 07:36
Üçtərəfli görüşün yerinin Təbrizdən Tehrana dəyişdirilməsi İranın istəyi ilə baş verib – Dmitri Peskov

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya ilə bağlı sentyabrda keçiriləcək üçtərəfli görüşü Təbriz şəhərində baş tutmalı idi. Lakin hazırlıq işlərinin getdiyi bir vaxtda görüşün yerinin Təbrizdən Tehrana dəyişdirildiyi ilə bağlı xəbər yayıldı.

 

Məsələyə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov avqustun 31-də münasibət bildirib: “Rusiya, Türkiyə və İran prezidentləri sentyabrın 7-də Tehranda görüşəcək.”

 

Anadolu xəbər agentliyinin yaydığı məlumata əsasən, D.Peskov bildirib ki, görüşün yerinin Təbrizdən Tehrana dəyişdirilməsi İran rəsmilərinin istəyi əsasında baş verib.

 

D.Peskov Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüş keçirəcəyinə dair yayılan xəbərləri də təsdiqləyib.

 

İlk öncə İran və Türkiyə rəsmiləri üçtərəfli görüşün Təbrizdə keçiriləcəyi haqda açıqlama vermişdir. Qərarın gözlənilməz şəkildə dəyişməsi Güney Azərbaycanın ictimai-siyasi gündəmi ilə tanış olan insanlar üçün gözlənilən hadisə idi.

 

Soydaşlarımız Türkiyə prezidenti kimi Rəcəb Tayyib Ərdoğanı Təbrizdə təntənə ilə qarşılamağı planlaşdırırdı. İran rejimi Türkiyə prezidentinin Təbrizdə yüz minlərlə insan tərəfindən qarşılanmasından vahiməyə düşərək qərarı dəyişdirməyə məcbur olub.

 

Görüşün yerinin dəyişdirilməsi ilə bağlı xəbər İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə gözlənilməz səfərindən sonra açıqlanıb.

 

Qeyd edək ki, Tehran görüşü Suriya böhranı üzrə keçirilən üçüncü üçlü sammit olacaq. Əvvəlki görüşlər Soçi və Ankara şəhərlərində keçirilib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar