SON XƏBƏRLƏR

Xalxalda “Qocalar evi” yoxdur

2021.10.20, 07:36
Xalxalda “Qocalar evi” yoxdur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xalxal şəhərində “Qocalar evi” yoxdur.

 

“Qocalar evi”nin olmaması təbii ki, şəhər əhalisi arasında mərdlik, ədalətlilik, böyüyə hörmət, kiçiyə qayğı və ata-ananın qulluğunda durmaq kimi milli-mənəvi dəyərlərin güclü şəkildə yaşadığını göstərir. Bu dəyərlər Azərbaycanın bütün bölgələrində ailələrinin əksəriyyətində yaşanmaqdadır.

 

Bu barədə Xalxal Tibb Fakültəsinin Səhiyyə İşləri üzrə rəis müavini İrəc Etibar dünən bir neçə yaşlı ailə ilə görüşdə danışıb. “Ailələrdə yaşlılara hörmət olmalıdır. Bu insansevərlik və mərhəmətin gərəyidir və qarşılıqlı münasibətdə olduqca vacib məsələdir”- deyə o vurğulayıb.

 

İ.Etibar bildirib ki, Xalxal şəhərində “Qocalar evi” yoxdur. Ona görə ki, ailələrdə övladlar öz valdeynlərinə hörmət edir və onları çox yaxşı qoruyub saxlayırlar.

 

Tibb Fakültəsinin Səhiyyə İşləri üzrə rəis müavini sözlərinin davamında ölkədə keçirilən “Yaşlılar Günü”nə işarə edərək əlavə edib ki, “biz hamımız bir gün qocalacayıq. Əsas məsələ odur ki, böyüklərə ehtiram etməklə azyaşlılara nümunə olaq. Onlar kiçik yaşlarından böyüklərə hörmət etməyi öyrənməlidilər.”

 

Mərasimin sonunda Xalxal Tibb Fakültəsi tərəfindən yaşlı qadın və kişilərə hədiyyələr təqdim olunub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar