SON XƏBƏRLƏR

Zərif: “İranda çirkli pulların yüksək səviyyədə yuyulması hallarının geniş vüsət alması bir gerçəklikdir”

2021.10.20, 07:36
Zərif: “İranda çirkli pulların yüksək səviyyədə yuyulması hallarının geniş vüsət alması bir  gerçəklikdir”

Gunaz.tv

GünAzTV: İran xarici işlər naziri Məhəmmədcavad Zərif noyabrın 12-də jurnalistlərə açıqlamasında, ölkədə çirkli pulların yuyulması hallarından və İranın çirkli pulların yuyulmasına qarşı mübarizə aparan beynəlxalq təşkilatlara üzv olmasına qarşı çıxan qüvvələrdən danışıb.

 

Zərif bildirib ki, hakimiyyətdaxili bəzi qüvvələrin İranın çirkli pulların yuyulmasına qarşı mübarizə aparan beynəlxalq qurumlara üzv olmasının əleyhinə çıxmasının arxasında onların nəhəng iqtisadi maraqları dayanır: “Təəssüflər olsun ki, İranda çirkli pulların yüksək səviyyədə yuyulması hallarının geniş vüsət alması bir gerçəklikdir. Çünki çoxları bu vəziyyətdən faydalanır, qanunsuz yollarla külli miqdarda pullar qazanırlar.

 

Bu arada elə şəxslər var ki, onların təkcə bir sövdələşmədə qanunsuz yollarla qazandığı pullar 30 milyard tüməndən çoxdur. Mən kimlərinsə və ya hansısa orqanların adlarını çəkmək istəmirəm. Lakin çirkli pulların yuyulması ilə məşğul olanların o qədər pulu var ki, bəzən Xarici İşlər Nazirliyinin büdcəsi qədər pul xərcləyir, ölkənin çirkli pulların yuyulmasına qarşı mübarizə aparan beynəlxalq təşkilatlara üzv olmasının əleyhinə təbliğat aparır, buna mane olmağa alışırlar.

 

Qeyd edək ki, İranda “Sepah” və öz iqtisadi fəaliyyətləri barədə heç kəsə tabe olmayan dini lider Əli Xamneyiyə yaxın şəxslər və ya qurumlar, qanunsuz yollarla əldə edilmiş milyardlarla dollar çirkli pulların yuyulmasında əsas rol oynayan qüvvələrdir.

 

 

Xatırladaq ki, İranda Konstitusiyaya Nəzarət Şurası noyabrın 4-də ölkənin “FATF”ə qoşulması ilə bağlı parlamentin ay yarım əvvəl qəbul etdiyi layihəni rədd edib. Bu barədə, şuranın sözçüsü Abbasəli Kədxudai “Twitter” səhifəsində paylaşdığı bir postda xəbər verib.

 

O bildirib ki, Konstitusiyaya Nəzarət Şurası parlamentin qəbul etdiyi bu layihəni araşdırdıqdan sonra ona 20 irad tutub: “Şura hesab edir ki, bu layihə şəriətə, ölkə konstitusiyasına, eləcə də ölkəyə hakim sistemin ümumi siyasətinə qarşı zidd bir layihədir. Şura məhz bunları nəzərə alaraq, islam respublikasının “Terrorizmin Maliyyə Baxımdan Təmin Edilməsinə Qarşı Mübarizə Konvensiyası”na (CFT) qoşulmasına qarşı çıxıb”.

 

 

 A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar