SON XƏBƏRLƏR

Mərənddə İran bayrağı aşağı endirilərək yerində Güney Azərbaycan Milli Hərəkatının bayrağı dalğalandırılıb – VİDEO

2021.10.20, 07:36
Mərənddə İran bayrağı aşağı endirilərək yerində Güney Azərbaycan Milli Hərəkatının bayrağı dalğalandırılıb – VİDEO

Gunaz.tv

GünAz TV: “21 Azər Hərəkatı”nın 73-cü ildönümü ərəfəsində Güney Azərbaycanda bildiriş yaymaq, divarlara şüar yazmaq, Azərbaycan və ya Güney Azərbaycan Milli Hərəkatının bayrağını dalğalandırmaq kimi tədbirlər artıb.

 

Son məlumata görə, Mərənd şəhərində İran bayrağı aşağı endirilərək yerində Güney Azərbaycan Milli Hərəkatının birgə mübarizə bayrağı dalğalandırılıb.

 

Dekabrın 11-də yayılan videoda İran bayrağının yerində Güney Azərbaycan Milli Hərəkatı bayrağının dalğalandığını müşahidə etmək mümkündür.

 

Azərbaycanlı fəallar bu iş üçün Mərəndin çox hərəkətli yollarından birini seçiblər.

 

Milli-mədəni fəalların böyük riski gözə alaraq belə tədbiri həyata keçirmələri hər kəs tərəfindən yüksək qiymətləndirir, bunun “21 Azər Hərəkatı”nın ildönümü ərəfəsində baş verməsi xüsusi əhəmiyyət daşıyır.

 

https://www.youtube.com/watch?time_continue=10&v=5_4_Z0vE1Ss

 

N.S

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar